reklam
Şahin Diniyev:”Onlar əvvəlki kimi oynamırlar”...
Sportfm.az xəbər saytı

Şahin Diniyev:”Onlar əvvəlki kimi oynamırlar”...ÖZƏL


DÇ 2018-in seçmə qrup mərhələsi çərçivəsində futbol üzrə millimiz qrupda ikinci oyununu Norveçə qarşı bu gün Bakı Olimpiya Stadionunda keçirəcək. Yığmamızın sabiq baş məşqçisi hazırda "Kəpəz”i çalışdıran Şahin Diniyev matçla bağlı Sportfm.az saytına fikirlərini bildirib.
”Bizi çətin matç gözləyir. Norveç son zamanlar Skandinaviya futbolu deyil, "avropasayağı” oyuna üstünlük verir. Norveçlilər əvvəlki kimi atletik yox, texnikalı, topa nəzarətlə və yaradıcı oyunla uğur qazanmaq istəyir. Şimal ölkələrinin futboluna xas olan cinah ötürmələrini, başla oyunu bu dəfə rəngarəng hücumlarla əvəzləyəcəklər. Təbii ki, çətin olacaq. Yığmamız evdə uğur qazanmaq üçün əlindən gələni edəcək. 3 xal qazandığımız ilk görüşdən sonra(San-Marinonu səfərdə 1-0 yendiyimiz matçı nəzərdə tutur) motivasiya baxımdan problemimiz olmayacaq. İnanıram ki, yığmamız bu görüşdə uğurla çıxış edə bilər”.  
Qeyd edək ki, Azərbaycan-Norveç oyunu saat 20:00-da start götürəcək. 

Oxşar xəbərlər

Şahin Diniyev: "Kəpəz" çətin qarşılaşmaya hazırdır"
Bakıdakı məğlubiyyəti ona bağışlamadılar!
Şahin Diniyev: "Bunu düşünsək, gərək sabah oyuna çıxmayaq”
Maykl Onil: "Bizi Azərbaycanla çətin oyun gözləyir"
Azərbaycan - Norveç matçına hansı kanalda baxaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər