Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurban Qurbanov:"Bizi çətin qarşılaşmalar gözləyir"
Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub. Ağdam klubu bu mərhələdə son Albaniya çempionu "Partizani"ylə qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü dəyərləndirib:
"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər. Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümkü komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq".
Oxşar xəbərlər
Qurban Qurbanov sürpriz gözləyir - Rəqibdən
Qurban Qurbanov: "Məğlub olsaq, buna peşəkar biri kimi yanaşacağıq"
Maksim Medvedev:"Diqqətli olmalıyıq"
"Bizə ən gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov
"Turnir bizim üçün yaxşı təcrübə olacaq" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası