reklam
Sportfm.az xəbər saytı

"Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib" -Klub prezidenti


PSJ  prezidenti Nasser Əl-Xəlafi komandanın futbolçuları Neymar və Killian Mbappe haqda danışıb.

Sportfm.az xəbər verir ki, o, braziliyalı hücumçu barədə bunları deyib: "Oyunçularımızın əvvəlkindən daha çox məsuliyyət hiss etməlidir. Bu formanı geyinməkdən qürur duymaqlarını istəyirəm. Burada oynamaq istəməyənə  qapı açıqdır. Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib. 2022-ci ilə qədər müqaviləsi var. Müqaviləsinə hörmət etməlidir. O, öz istəyi ilə müqavilə imzalayıb".

Qətərli rəhbər Mbappenin isə Paris təmsilçisində qalacağını söyləyib: "Bu çılğın oyunçunun klubdan getməyinə icazə verməyəcəm. Mbappe də burada qalmaq istəyir".

Qeyd edək ki, PSJ-nin Neymarı satmağa hazır olduğu iddia olunur.

Oxşar xəbərlər

Kilian Mbappe etiraf etdi - "Real Madrid"də oynamaq istəyir
PSJ Neymarı “Barselona”ya qaytarır
PSJ Neymarı "Real"a satacaq
PSJ Neymarı "Barselona"ya verməkdən imtina etdi
Neymar elə bir təklifi rədd etdiki...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər