Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şeydayev uşaqlarla futbol oynadı -VİDEO
Azərbaycan millisinin və Rusiyanın "Krılya Sovetov" klubunun futbolçusu Ramil Şeydayev Bakıdan paylaşımı ilə diqqət çəkib.
Sportfm.az xəbər verir ki, 23 yaşlı hücumçu yığmanın oyunlarından sonra paytaxtda bir neçə gün istirahət edib. Amma Şeydayev bu müddətdə də futbolsuz qalmayıb. O, İçəri Şəhər küçələrində uşaqlarla futbol oynayıb.
Forvard həmin vaxt dronla çəkilmiş videosunu paylaşaraq "Hələlik, Bakı" yazıb. Bu görüntüləri Rauf və Faiq Mirzəyev qardaşlarının "Detstvo" ("Uşaqlıq") mahnısı müşayiət edib.
Qeyd edək ki, Ramil Şeydayev Azərbaycan millisinin Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduğu AVRO-2020-nin seçmə oyunlarındakı çıxışı ilə alqışlar qazanıb.
Oxşar xəbərlər
Şeydayev azarkeşlərdən üzr istədi
Şeydayev oynadı, "Krılya Sovetov" qalib gəldi
Şeydayev oynadı, komandası məğlub oldu
Ramil Şeydayev yenə qol vurdu
Ramil Şeydayev qarpız payladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası