reklam
Kosovo ilə oyuna komanda çıxarmaqdan imtina etdi, qovuldu
Sportfm.az xəbər saytı

Kosovo ilə oyuna komanda çıxarmaqdan imtina etdi, qovuldu


Futbol üzrə Monteneqro millisinin baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.

Sportfm.az xəbər verir ki, 66 yaşlı serbiyalı məşqçi 1:1 hesabı ilə başa çatmış Kosovo ilə seçmə mərhələ oyununa komandanı çıxarmaqdan imtina etdiyi üçün vəzifəsindən azad olunub. Komanda Miodraq Cudoviç - Draqoye Lekoviç məşqçilər tandeminə tapşırılıb.

Bundan başqa, Monteneqro millisinin Serbiya doğumlu futbolçuları - Filip Stoykoviç və Mirko İvaniç də Kosovo ilə oyuna çıxmaqdan imtina etdiyindən, komandadan qovulub.

Qeyd edək ki, 90 faizi etnik albanlar olan Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqil olduğunu bəyan edib. ABŞ və əksər Avropa İttifaqı ölkələri bu ölkənin müstəqilliyini tanıyıb.

Serbiya, Çin, Rusiya və beş Avropa İttifaqı ölkəsi Kosovonun müstəqilliyini tanımayıb. Azərbaycan da Kosovonu tanımayan ölkələr arasındadır.

Oxşar xəbərlər

Serblər Kosovo bayrağına görə cərimələndi - Qərar
Türkiyə ən önəmli matçına çıxacaq - SİYAHI
İngiltərə Kosovonu, Moldova Türkiyəni qəbul edəcək - SİYAHI
Oyuna çıxmaqdan imitina edən baş məşqçi qovuldu
Millimiz Kosovo ilə harda oynayacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər