Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın üzvü İspaniya klubu ilə müqavilə bağladı
Futzal üzrə Azərbaycan milli komandasının müdafiəçisi Everton Kardoso hazırkı klubu ilə müqaviləsini bir il müddətinə uzadıb. Sportfm.az xəbər verir ki, bu haqda İspaniyanın “Levante” klubu məlumat yayıb.
Ötən ilin yayında bu komandaya keçən Kardoso ilə müqavilə may ayına qədər idi. Gəldiyi gündən komandanın əsas simasına çevrilən müdafiəçinin qalması üçün ona yeni anlaşma təqdim olunub. Nəticədə razılıq əldə olunub və Kardoso 2019-2020-ci il mövsümünü də “Levante”də keçirəcək.
Qeyd edək ki, 2016-ci ildən Azərbaycan milli komandasına cəlb edilən “Qalo” 2016-2018-ci illərdə “Araz” klubunun üzvü olub.
Oxşar xəbərlər
Din İngiltərədə hələ çox qalacaq - Müqavilə
Millimizin heyəti açıqlandı - SİYAHI
Millimizin futbolçusu İspaniyada klubunu dəyişdi
“Araz” legionerlərdən imtina etdi
Yığmamızın oyunçusu "Levante" ilə müqavilə imzaladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası