Kubokun sahibi bu gün müəyyənləşəcək
Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.
Sportfm.az xəbər verir ki, həlledici qarşılaşmada EKOL-la “Advokat” üz-üzə gələcək. İkinci Liqada çıxış edən “Advokat” ilk dəfə bu mərhələyə vəsiqə qazanıb. EKOL isə 3 dəfə titulun sahibi olub. CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq oyun saat 14:30-da başlayacaq. Qarşılaşmadan əvvəl Müasir İnnovasiyalar Liseyinin şagirdləri tərəfindən Azərbaycan kubokunun finalı üçün hazırlanmış flashmob izləyicilər üçün nümayiş olunacaq. Matç başa çatdıqdan sonra isə komandalara mükafatlar təqdim ediləcək.
Komandaların bu oyuna qədər qət etdikləri yolla diqqət yetirək:
1/32 final
U-19 – Advokat 3:4
1/16 final
“Füzuli” - “Advokat” 0:6
1/8 final
Yasamal MFK – Advokat 4:10
EKOL – Standard 8:4
¼ final
Baku Fire – Advokat 2:5
Araz – EKOL 4:5
½ final
Advokat – Xəzər Cənub +:- (5:0)
Neftçi – EKOL 1:5
Final
EKOL – “Advokat”
23 may. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Hikmət Qafarlı, Fuad Həsənov, Rahin Heybətov
Oxşar xəbərlər
Kubokun sahibi bu gün müəyyənləşəcək
Finalçılar bu gün müəyyənləşəcək
Bu gün yarımfinalçılar müəyyənləşəcək
Azərbaycan kuboku, ¼ final: Oyun cədvəli
Final mərhələsinin püşkü atıldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası