reklam
Bürünc EKOL-un oldu
Sportfm.az xəbər saytı

Bürünc EKOL-un oldu


Bu gün futzal üzrə Yüksək Liqada üçüncü yer uğrunda oyun keçirildi. Sportfm.az xəbər verir ki, əzəli rəqiblər bu dəfə bürüncün taleyinə aydınlıq gətirdi. EKOL-da cəzası başa çatmış Emin Kürdovla Fərid Ələkbərov meydana döndüyü halda, Ramiz Çovdarov matçı yenə tribunadan izləyirdi. Oyunöncəsi “Neftçi” də vəziyyət çox acınacaqlı idi. Kapitan Rüfət Balakişiyevin cəzası davam etdiyi bir məqamda Vitali Borisovla Elnur Zamanov zədə üzündən komanda yoldaşlarına kömək edə bilmirdi. Düzdü, Salar Şahnazinin cəzasını başa çatmışdı, amma itkilər daha ağır idi. Oyunda hesabı EKOL açdı. Namiq Məmmədkərimov hesabındakı qolların sayını artırdı. “Neftçi”nin cavabı da gecikmədi. Di gəl, 10-cü dəqiqədə müdafiədəki “hədiyyə” bərabərliyin yenidən EKOL-un lehinə dəyişməsinə şərait yaratdı. Bu dəfə də Məmmədkərimov adını tabloya yazdırdı. Sonrakı dəqiqələrdə EKOL daha çox qol vurdu və fasiləyə 2 top fərqi ilə üstün yollandı. İkinci hissədə qapılara qol vurulmadı və 4:2 hesabı ilə qələbə qazanan EKOL Yüksək Liqanın bürünc medallarını qazandı.

 

EKOL – Neftçi İK 4:2 (4:2)

17 may. Bakı İdman Sarayı. Saat 14:30

Hakimlər: Mehman Mahmudov, Anar Fərəcov, Ramil Namazov

Timekepeer: Rəmzi Hüseynov

Qollar: N. Məmmədkərimov, 0:44, 09:50, F. Atakişiyev, 13:26, 15:08 // S. Şahnazi, 04:34, T. İsmayılov, 13:42

Sarı vərəqələr: M. Katebi, 01:57, O. Baxşəlizadə, 28:35 // S. Şahnazi, 19:13

 

EKOL

99. Emin Kürdov (q), 2. Radik Əhmədov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov, 1. İntiqam Babayev (q), 4. Fərid Atakişiyev, 5. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 77. Faiq Əliyev, 33. Ələsgər Ələsgərli, 14. Zaur Fərziyev

Məşqçi: Radik Əhmədov

 

Neftçi İK

23. Seyidəhməd Yaqubi (q), 5. Vahid Şəfaye, 6. Məhəmməd Katebi, 10. Oruc Baxşəlizadə, 13. Əjdər Əjdərov (k), 1. Samir Mehtiyev (q), 3. Salar Şahnazi, 17. Tural İsmayılov

Baş məşqçi: Hacıbala Abdullazadə

 

Oxşar xəbərlər

EKOL və “Advokat” finalda
“Araz” əzəli rəqibini böyük hesabla yendi
Futzal üzrə ölkə çempionatında növbəti biabırçılıq - komanda 2-ci dəfə oyuna gəlmədi
EKOL "Neftçi"ni "topa tutdu", "Xəzər Cənub" 29 qol vurdu
“Neftçi” İK liderliyini qorudu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər