"Messi İspaniya millisində oynamaqdan imtina etdi" -Del Boske
İspaniya milli komandasının sabiq baş məşqçisi Visente del Boske yerli federasiyanın "Barselona"nın argentinalı ulduzu Lionel Messini millidə çıxış etməsi üçün futbolçuya müraciət etdiyini deyib.
Sportfm.az xəbər verir ki, del Boske İspaniya Kral Futbol Federasiyasının (RFEF) Messinin yığmada oynaması üçün çox çalışdığını deyib: "Federasiyanın Messinin İspaniya yığmasında oynaması üçün çox şeylər etdiyini bilirəm. Ancaq Messi bundan imtina etdi, çünki ölkəsini sevir. Gəlişi daha möhtəşəm olacaqdı. Messi Messidir. Onun baş məşqçisi olmaq mənim üçün möhtəşəm olardı".
Messi Çempionlar Liqasının yarımfinalında "Liverpul"la görüşdə dubl etməklə karyerasının 600-cü qolunu vurub. 31 yaşlı əfsanə Argentina millisində 129 oyuna 65 qol vurub, 41 assist edib.
Oxşar xəbərlər
Messi dəbə uydu - Saqqalını qırxdı
Messi Xavi və İnyestanı arxada qoydu
Messi İspaniya çempionatıda 400-cü qolunu vurdu
Messi primerada 6000-ci qolu vurdu
Argentina mətbuatı Messini tənqid etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası