"Bu komandanın keçmiş şöhrətini qaytarmalıyıq" -Tovuzlu deputat
Bakıdakı “AzərKitab” Kitab Təbliğat Mərkəzində “100 yaşlı Tovuz futbolu” kitabının təqdimat mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi (ABAİB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİYİB) növbəti ortaq mədəniyyət layihəsi olaraq keçirilən tədbirdə millət vəkilləri, QHT, KİV təmsilçiləri, AFFA mənsubları, idmansevərlər, sahə mütəxəssisləri, gənclər və s. iştirak edib.
Tədbirin aparıcısı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı ensiklopedik xüsusiyyətləri ilə seçilən kitabı gərgin əməyin, çoxillik araşdırmaların məhsulu olaraq qiymətləndirib.
ABAİB prezidenti, millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, zəngin ənənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər məziyyətləri ilə həmişə seçilib:
“Təsadüfi deyil ki, UEFA miqyasında müstəqil respublikamızı ilk dəfə Tovuzun “Turan” futbol klubu təmsil edib. “Turan” dəfələrlə respublika çempionatında qabaqcıl yerləri tutub, ilklərə imza atıb.
Əlbəttə, obyektiv və subyektiv səbəblərdən bu gün Tovuzun futbol komandası öz keçmiş şöhrətinə uyğun mövqelərdə deyil, lakin istər rayon rəhbərliyinin, istərsə də əlaqədar qurumların, AFFA-nın dəstəyi ilə komandanın problemlərinin öz həllini tapacağına inanırıq. Heç şübhəsiz, keçmiş şöhrətin qaytarılması komandanın əzmkar futbolçularından, o cümlədən azarkeşlərindən də asılıdır”.
Kitabın müəllifi Rasim Əliyev bu ensiklopedik nəşrin ideyası, ideyanın necə gerçəkləşməsi barədə ətraflı məlumat verərək, Tovuz Xeyriyyə Cəmiyyətinin kitabın çapına verdiyi dəstəyi xüsusilə vurğulayıb, həmçinin Tovuzda futbol təsərrüfatını canlandırmaqla bağlı fikirlərini bölüşüb.
Sonra Milli Məclisin Gənclər-İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, millət vəkili Aydın Hüseynov, AFFA Mətbuat katibi Firuz Abdullayev, əfsanəvi futbolçu Kazbek Tuayev, “Turan”ın keçmiş futbolçusu, hazırda klubun İcraçı direktoru Nadir Nəbiyev və b. çıxış edərək, ölkəmizdə həyata keçirilən gənclər-idman siyasəti, müvafiq sahəyə dair konseptual yanaşmalar, o cümlədən mövzuya aid ensiklopedik nəşrin önəmi ilə bağlı danışıblar.
Təbirdə həmçinin bildirilib ki, “100 yaşlı Tovuz futbolu”nun Tovuzda da təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
AƏFM layihəsi Tovuzda - FOTO
"100 yaşlı Tovuz futbolu" kitabı təqdim edildi - FOTO
Göyçayda futbol festivalı keçirildi - FOTO
Tovuzda futbol layihəsi həyata keçirilib - FOTO
Millət vəkili "Turan Tovuz"un çempionluğuna biganə qalmadı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası
-
Elvin Cəfərquliyev fərdi məşqlərə başladı - FOTO
-
Avropa birinciliyində 3 medal
-
2027/28 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi















Misli Premyer Liqası