"Kuboku Qusara gətirəcəyik" -Kamran Əlibabayev
AFFA-nın təşkil etdiyi Region Liqasında ilk finalçı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, yarımfinalda “Araz Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edən “Uğur” həlledici görüşə vəsiqə qazanıb.
Sumqayıt təmsilçisinin heyətində Anar Ağayev, Ülvi Quliyev və Azərbaycan millisinin sabiq hücumusu Vüqar Nadirov fərqlənib.
“FC Baku” və “Şahdağ” (Qusar) arasında bu günə nəzərdə tutulan digər yarımfinal oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Buna səbəb paytaxt təmsilçisi ilə “Füzuli” arasında keçirilmiş matçın nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olmasıdı.
Qusar komandasının baş məşqçisi Kamran Əlibabayev açıqlama verib: "Gərgin və maraqlı keçən mövsümün finiş xəttinə çatırıq artıq.
Qarşıda cəmi iki oyun qalıb - yarımfinal və final.Komandamızın çempion olacağına inanıram. Yarımfinal oyununun hazırlıqlarına keçən həftədən etibarən.start vermişdik.
Oyunun məlum səbəblərdən bəlli olmayan tarixə təxirə salınması hazırlıq planımızı pozdu. Sabahdan etibarən məşqləri bərpa edəcəyik.
Cəmi 2 oyun bizi çempionluqdan ayırır. Kuboku Qusara gətirəcəyik". (sportinfo.az)
Oxşar xəbərlər
"Cəbrayıl" Region Liqasının qalibidir
Region Liqasının final məkanı müəyyənləşdi
Final oyununun vaxtı açıqlandı
AFFA-dan Region Liqası ilə bağlı daha bir qərar - Oyunun nəticəsi ləğv edildi
Region Liqasında ilk finalçı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası