
"Cəbrayıl" Region Liqasının qalibidir
Futbol üzrə Region Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, final oyununda “Xan Lənkəran”a 1:0 hesabı ilə qalib gələn “Cəbrayıl” komandası çempion olub.
Şamaxı şəhər stadionundakı matçda yeganə qolu 79-cu dəqiqədə Tapdıq Əhmədov vurub. Görüşün əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Lənkəran təmsilçisinin futbolçusu Aqşin Paşazadə penaltidən yararlana bilməyib.
Beləcə, Cavid Hüseynovun baş məşqçi olduğu “Cəbrayıl” 2022/23 mövsümündə Azərbaycanı UEFA Region Kubokunda təmsil etmək hüququ qazanıb.
Bu gün həm də 3-cü yer uğrunda keçirilib. “Araz Naxçıvan” “Qusar”ı 2:1 hesabı ilə məğlub edərək bürünc medalların sahibi olub.
Xatırladaq ki, daha öncə “Cəbrayıl”la finala məhz “Araz Naxçıvan” vəsiqə qazanmışdı. Lakin yarımfinal mərhələsi çərçivəsində mayın 15-də keçirilmiş “Xan Lənkəran” – “Araz Naxçıvan” oyununda ikincilərin heyətində peşəkar müqaviləsi olan futbolçular aşkarlandığı üçün Naxçıvan komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Məhz bu üzdən final oyununda “Cəbrayıl” və “Xan Lənkəran” komandaları qarşılaşıb.

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |