Azərbaycan Premyer Liqası: 25-ci turu buraxacaq 12 cəzalı
Sabah Azərbaycan Premyer Liqasının XXV turunun oyunlarına sabah start veriləcək.
Sportfm.az xəbər verir ki, ölkə kubokunun oyunlarına görə həftəiçi reallaşacaq turda cəzalı futbolçuların sayının çoxluğu diqqət çəkir. 12 futbolçu turu kənardan izləmək məcburiyyətindədi.
“Keşlə”ni qəbul edəcək “Qarabağ”da Filip Ozobiç və Donald Qerye vərəqə limitini doldurub. Paytaxt klubunda isə Conatan Ayite eyni səbəbdən meydana çıxa bilməyəcək.
“Sabah”ın qonağı olacaq “Neftçi”də iki cəzalı var. Bunlardan biri ikinci qapıçı Aqil Məmmədov, digəri isə italiyalı hücumçu Canluka Sansonedi. Elə “Sabah”da da kifayət qədər itki var. Məqsəd İsayev, Vadim Abdullayev və Elgün Nəbiyev cəzalı durumdadı.
Sumqayıt səfərinə yollanacaq “Səbail”də “Neftçi”ilə matçda qırmızı vərəqə ilə cəzalandırılan Aleksandr Rıbka və “sarı” limitini dolduran Maudo Jarjue meydana çıxa bilməyəcək. “Sumqayıt”da isə Əli Babayev cəzalıdı.
Bu tur cəzalı futbolçusu olmayan yeganə komanda “Qəbələ”di. “Qımızı-qaralar”ın qonağı olacaq “Zirə”də isə ehtiyat qapıçı Orxan Sadıqlı cəzalı durumdadı.
Oxşar xəbərlər
Azərbaycan derbisini kimlər buraxacaq?
Cəzalılar Premyer Liqanın 27-ci turunda yer almayacaqlar
17-ci turu buraxacaq futbolçular
"Neftçi"nin futbolçusu cəzalı duruma düşdü
Almeydasız daha bir oyun
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası