reklam
Turində şok,
Sportfm.az xəbər saytı

Turində şok, "Barselona"dan inamlı qələbə -Çempionlar Liqası


Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. 

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.  

“Barselona” öz meydanında “Mançester Yunayted”i qəbul edib. 

İlk oyunda səfərdə minimal hesablı qələbə qazanan Kataloniya təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də sərf edirdi. 

Amma İspaniya nəhəngi bu dəfə daha böyük hesabla qələbə qazanaraq, yarımfinala yüksəlib. 

Günün digər qarşılaşması isə İtaliyada baş tutub. “Yuventus” doğma azarkeşləri önündə “Ayaks”ı qəbul edib. 

İlk oyunda heç-heçəyə razılaşan komandaların cavab matçında da hesabı turinlilər açıblar. Amma hollandların buna cavabı gecikməyib. 

Bu azmış kimi, ikinci hissədə “Ayaks” daha bir qol vurmaqla İtaliya çempionuna əsl şok yaşadıb. 

Qarşılaşmada başqa qol olmayınca, Hollandiya təmsilçisi, Madrid “Real”ının ardından bu turnirin daha bir favoritini mübarizədən uzaqlaşdırmaqla növbəti sensasiyasını gerçəkləşdirib.

 

Barselona (İspaniya) – Mançester Yunayed (İngiltərə) 3:0 (İlk oyun 1:0)
Qol: Messi, 16; 20. Koutinyo, 61.
Barselona, “Kamp Nou” stadionu.

 

Yuventus (İtaliya) – Ayaks (Hollandiya) 1:2 (İlk oyun 1:1)
Qol: Ronaldo, 28 – V.D.Bek, 34. De Liqt, 67.
Turin, “Juventus Stadium”

 

Oxşar xəbərlər

"Yuventus" darmadağın oldu - Çempionlar Liqası
Liverpul” “Leyptsiq”ə qarşı - Çempionlar Liqası
Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşəcək
"Ayaks"dan bərabərlik, "Mançester Yunayted"dən məğlubiyyət - Çempionlar Liqası
"Mançester Siti" məğlubiyyət, "Yuventus" qələbə ilə 1/4 finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər