reklam
Güləşçilərimizin Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Güləşçilərimizin Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşdi


Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, yarışın 3-cü günündə - aprelin 10-da qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Püşkatma nəticəsində yığmamızın 4 üzvünün ilk rəqibləri müəyyənləşib. Püşk güləşçilərimizi MDB ölkələrinin təmsilçiləri ilə üz-üzə qoyub. Belə ki, Türkan Nəsirova (50 kq) ukraynalı Oksana Livaç, Elmira Qəmbərova (59 kq) Rusiya təmsilçisi Svetlana Lipatova, İrina Netreba (68 kq) Yevgeniya Andreyçikava (Belarus) və Səbirə Əliyeva (76 kq) belaruslu Natalya Lanko ilə üz-üzə gələcəklər.

Oxşar xəbərlər

Millimizin heyəti açıqlandı - Avropa çempionatı üçün
Qadın güləşçilərimiz Avropa çempionatında məğlub oldular
Qadın idmançılarımızın rəqibləri bilindi
Millinin Avropa çempionatı üçün heyəti - SİYAHI
Avropa Çempionatına gedən heyət açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər