reklam
Məmmədyarov
Sportfm.az xəbər saytı

Məmmədyarov "ShamkirChess 2019"u qələbəsiz başa vurdu


Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirini qələbəsiz başa vurub.

Sportfm.az xəbər verir ki, 34 yaşlı qrossmeyster sonuncu - XIX turda Rusiya təmsilçisi Sergey Karyakinlə üz-üzə gəlib. Məmmədyarov bu görüşü heç-heçə ilə başa vurub. Çinli Dinq Liren isə Hollandiya təmsilçisi Aniş Giri ilə xalı yarı bölüb.

Hazırda Maqnus Karlsen (Norveç) - Aleksandr Qrişuk (Rusiya), Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) və David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) görüşləri davam edir. 

Norveçli dünya çempionu Maqnus Karlsen VIII turda çempionluğunu rəsmiləşdirib. Şəhriyar Məmmədyarov turniri 3.5 xalla 9-cu pillədə başa vurub. Aniş Giri isə 3 xalla sonuncu olub. 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 2016 və 2017-ci illərdə "ShamkirChess"in qalibi olub. Qalan 4 yarışda isə Maqnus Karlsen birinci yeri tutub. 

Oxşar xəbərlər

Soyuq Skandinaviyadan gəlib, Şəmkirdə qalib oldu - FOTO
Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
"ShamkirChess 2019": IV turun görüşləri keçiriləcək
"ShamkirChess 2019": III turun görüşləri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər