Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyədə derbilərlə bağlı yeni qərar
Türkiyə Superliqasının növbəti turu ərəfəsində İstanbul nəhənglərinin azarkeşləri sevindirici xəbər alıb. Apasport.az saytının məlumatına görə, "Qalatasaray”, "Fənərbaxça” və "Beşiktaş” arasında prinsipial görüşləri qonaq komandaların azarkeşləri də izləyə biləcək. Buna İstanbul Valiliyi İdman Təhlükəsizliyi Şurasının bu gün çıxardığı qərar imkan verib. Qurumun yığıncağında derbilərə tətbiq olunan qadağanın aradan götürülməsinə qərar verilib. Artıq sentyabrın 24-də keçiriləcək "Beşiktaş” – "Qalatasaray” görüşündə "sarı-qırmızılar”ın da fanatları iştirak edə biləcək. Bu matçda "Cim-Bom”sevərlərə 2110 yer ayrılacaq. Bir neçə ildi mövcud qadağa derbilər üçün aradan qaldırılsa da, yeni qərar "Trabzonspor”un matçlarına şamil olunmayacaq. Çünki Trabzon bölgəsi Təhlükəsizlik Şurası futbol və basketbol matçları zamanı 3 nəhəngin azarkeşlərinin iştirakına icazə verilməməsinə qərar verib. "Beşiktaş”la "Bursaspor” arasında görüşlər üçün də eyni cəza qüvvədə qalmaqdadı.
Oxşar xəbərlər
“Fənərbaxça” Söyüncü ilə bağlı qərar verdi
Türkiyədə 2 azarkeş həbs edilib - Meydana çıxdıqları üçün
"Beşiktaş" azarkeşləri stadiona buraxılmayacaq
Terimdən gözlənilməz qərar: Arda milliyə çağırılmadı
Rusiya üçün şok qərar: Olimpiadaya buraxılmırlar...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası