reklam
Terimdən gözlənilməz qərar: Arda milliyə çağırılmadı
Sportfm.az xəbər saytı

Terimdən gözlənilməz qərar: Arda milliyə çağırılmadı


Türkiyə millisinin Rusiya ilə yoldaşlıq oyunu və Xorvatiya ilə "DÇ-2018"in seçmə mərhələsinin görüşləri üçün ilkin heyəti açıqlanıb. Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, millinin baş məşqçisi Fatim Terim gözlənilməz qərar verib. O, komandanın aparıcı oyunçuları Arda Turan, Burak Yılmaz, Səlçuk İnan, Hakan Balta və Caner Erkini milliyə çağırmayıb.

23 nəfərlik heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçılar: Harun Tekin ("Bursaspor"), Onur Kıvrak ("Trabzonspor"), Volkan Babacan ("Başakşehir")

Müdafiəçilər: Ahmet Oğuz, Ahmet Çalık (hər ikisi "Gənclərbirliyi"), Şener Bayraklı, Hasan Ali Kaldırım, İsmail Köybaşı (hamısı "Fənərbaxça"), Çağlar Söyüncü ("Frayburq"), Serdar Aziz ("Qalatasaray")

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), İrfan Can Kahveci ("Gənclərbirliyi"), Mehmet Topal, Ozan Tufan, Salih Uçan, Volkan Şen (hamışı "Fənərbaxça"), Nuri Şahin , Emre Mor (hər ikisi "Borussiya" Dortmund), Oğuzhan Özyakub, Olcay Şahan (hər ikisi "Beşiktaş"), Gökhan Töre ("Vest Hem"), Cengiz Ünder ("Başakşehir")

Hücumçular: Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Maynts"), Enes Ünal ("Tvente")

Oxşar xəbərlər

Türkiyə millisinə 28 futbolçu çağırıldı - SİYAHI
Türkiyə millisinin heyəti açıqlandı
Birinci Liqada çıxış edən futbolçu Türkiyə millisində
Türkiyə yığmasında üç yeni futbolçu - HEYƏT
Arda Turan yenidən milliyə çağırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər