Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqa klubu pulsuz pivə, su və keks paylayacaq
"Lester" ötən il helikopter qəzasında dünyasını dəyişən klub prezidenti Vişay Srivaddhanaprabhanın doğum günündə azarkeşlərə sürpriz etmək istəyir.
Sportfm.az xəbər verir ki, klub Premyer Liqanın XXXII turunda "Bornmut"la matçın biletləri ilə birlikdə pulsuz pivə, su və keks təklif edəcək.
"Lester" sabiq prezidentinin doğum günü ərəfəsində bu təşəbbüsü ənənə halına gətirməyi planlaşdırır.
"Lester" - "Bornmut" oyunu martın 30-u saat 19:00-da başlayacaq. Aprelin 4-də isə V.Srivaddhanaprabhanın 61-cı doğum günü olacaq. O, 2018-ci ilin oktyabrında helikopter qəzası nəticəsində ölüb.
Oxşar xəbərlər
XIII turun oyunları sükutla başlayacaq - Azərbaycan Premyer Liqası
Brayantın adı əbədiləşdiriləcək
Ölən klub prezidentini xilas etməyə çalışdı
Klub prezidentinin ölümünün qəza anı yayıldı - VİDEO
FIFA "Lester" klubuna başsağlığı verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası