reklam
13-cü dəfə Avropa çempionatının finalında
Sportfm.az xəbər saytı

13-cü dəfə Avropa çempionatının finalında


İspaniyanın Qvadalaxara şəhərində karate üzrə 54-cü Avropa çempionatına start verilib. 

Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Rafael Ağayev yarışın ilk günü tatami üzərinə çıxıb.

75 kq çəki dərəcəsində çıxış edən karateçimiz Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. 

Finalın bir addımlığında  Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə üstələyən Rafael həlledici qarşılaşmaya vəsiqə qazanıb. 

O, qızıl medal uğrunda döyüşdə finallarda ənənəvi rəqibinə çevrilən Luici Busa (İtaliya) ilə görüşəcək. 

Həlledici qarşılaşma martın 30-da baş tutacaq. Bu, idmançımızın qitə birinciliklərində 13-cü finalı olacaq. 

5 qat dünya çempionu olan Ağayev əvvəlki qitə çempionatlarında fərdi yarışlarda 11 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. O, komanda yarışlarına daha 5 bürünc mükafata yiyələnib.

Oxşar xəbərlər

Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
"Qəbələ" üçün ilin 12 hadisəsi
Rafael Ağayev Premyer Liqanın qalibi oldu - FOTO
Rafael Ağayev finalda məğlub oldu
Rafael Ağayevdən növbəti qızıl medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər