Rafael Ağayev finalda məğlub oldu
Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.
Sportfm.az xəbər verir ki, Ağayev İspaniyanın Qvadalaxara şəhərində keçirilən böyüklərin 55-ci Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində mübarizə aparan karateçi yarışı gümüş medalla başa vurub.
Finaladək 4 döyüş keçirən Ağayev Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0, Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə məğlub edib. Yarımfinalda qaşından yüngül zədə alan idmançı bu gün baş tutan həlledici qarşılaşmada italiyalı Luici Busa ilə görüşüb. 5 qat dünya və 11 qat Avropa çempionu bu dəfə rəqibinə 0:1 hesabı ilə uduzub.
Bu, Rafaelin qitə çempionatlarında 20-ci medalı olub. Onun hesabında 11 qızıl, 2 gümüş və 7 bürünc medal var.
Oxşar xəbərlər
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
Rafael Ağayev ABŞ idmançısı məğlub etdi - FOTO
Rafael Ağayev II Avropa Oyunlarını gümüş medalla başa vurdu
13-cü dəfə Avropa çempionatının finalında
"Brilyant oğlan" bürünclə kifayətlənməli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları














Misli Premyer Liqası