Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rafael Ağayevdən növbəti qızıl medal
Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb.
Sportfm.az xəbər verir ki, idmançımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mötəbər Karate 1 Premyer Liqa turnirində iştirak edib. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. İdmançımız finalda macarıstanlı Qabor Harspatakini məğlub etməklə qızıl medalçı olub. Xatırladaq ki, 2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılıb.
Oxşar xəbərlər
Rafael Ağayev Premyer Liqanın qalibi oldu - FOTO
Rafael Ağayev bürünc medal üçün döyüşəcək
"Brilyant oğlan" bürünclə kifayətlənməli oldu
Milli komandamızın lideri Premyer Liqa turnirində ikinci oldu
Rafael Ağayev daha bir qızıl medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası