reklam
Futbolçuya verilən ömürlük cəza ləğv olundu
Sportfm.az xəbər saytı

Futbolçuya verilən ömürlük cəza ləğv olundu


Türkiyə Futbol Federasiyası bir müddət əvvəl oyun zamanı rəqiblərinə ülgüclə xəsarət yetirən "Amedspor" klubunun futbolçusu Mansur Çalara verilən ömürlük cəzanı ləğv edib.

Sportfm.az xəbər verir ki, futboldan ömürlük kənarlaşdırılan 33 yaşlı yarımmüdafiəçinin klubu qərardan şikayət edib.

Yeni araşdırmalardan sonra TFF ömürlük cəzanı 20 oyunluq cəza ilə əvəzləyib. Həmçinin, futbolçu 25 min lirə cərimə ödəyəcək.

Qeyd edək ki, Türkiyə 3-cü divizionunda keçirilən  "Amedspor" - "Sakaryaspor" matçının gedişində futbolçular arasında mübahisə düşüb. Bu zaman kürd əsilli oyunçu Mansur Çalar əlindəki ülgüclə rəqib oyunçulara müxətlif dərəcəli xəsarətlər yetirib.

Oxşar xəbərlər

“Qalatasaray”ın futbolçusu 6 oyunluq cəza aldı - 1,2 milyon təzminat
Futbolçulara ülgüclə hücum edən Mansurun cəzası azaldıldı - FOTO
Hücum, təhqir, qeyri-etik jestin sonu ömürlük qovulmaq oldu
Hasan Şaşa ağır cəza
Futbolçunu döyən klub prezidenti ömürlük cəza aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər