Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kral idman layihələrinə 23 milyard dollar ayırdı
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud paytaxt Ər-Riyadda dörd idman-əyləncə layihəsinə 23 milyard dollar ayırıb.
Sportfm.az xəbər verir ki, layihələr park, idman və incəsənət obyektlərinin tikintisini nəzərdə tutur.
Kral Salman bin Əbdüləziz Al Səud bu sərəncamı ilə vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüslərini dəstəkləyib.
Layihələrin arasında ən böyüyü 7,5 milyon ağacın əkiləcəyi və geniş abadlıq işlərinin aparılacağı "Yaşıl Ər-Riyad” proqramıdı.
Bu tədbirlər paytaxtın yaşıl sahəsini 1,5 faiz artırmağa və 2030-cu ilədək 541 kvadrat kilometrə çatdırmağa imkan verəcək.
Digər mühüm layihə isə şəhərin mərkəzində böyük "Sports Boulevard” sağlamlıq-istirahət mərkəzidir.
Burda 135 kilometr uzunluğunda velotrek, müxtəlif idman növləri üzrə obyektlər tikiləcək. Mərkəz paytaxt əhalisinin bütün təbəqələri üçün nəzərdə tutulub.
Daha bir layihə "Riyadh Art” incəsənət mərkəzidir. Burda dünyanın ən böyük "divarsız açıq hava qalereyası”, konsert salonları tikiləcək. Bütün obyektlərin tikinti işləri cari ilin ikinci yarısında başlayacaq.
Oxşar xəbərlər
Dünyanın ən böyük stadionu Səudiyyə Ərəbistanında olacaq
Dünyanın ən bahalı klubları - “Forbes” açıqladı
Ərəblər Argentinaya görə işləməyəcək - Bayramdı
Dünyanın ən bahalı klubları - "Real" 6-cıdır
Dünyanın ən böyük stadionunu İraqda tikəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası