"Xorvatiya ilə oyunu dörd gözlə gözləyirəm" -Nikola Yurçeviç
Milli komandamızın yeni baş məşqçiis Nikola Yurçeviç açıqlama verib.
Sportfm.az xəbər verir ki, 52 yaşlı mütəxəssis millimizin baş məşqçisi təyin edildiyi üçün xoşbəxt olduğunu deyib:
"Mən çox xoşbəxtəm və qürur duyuram. Çünki hər zaman çox önəmli olan milli komanda çalışdırmaq fürsətim oldu. Bir illik müqavilə imzalamışam. AFFA məni bir addım irəli getmək üçün gətirib. Məşqçi yoldaşlarımla uğurlu olacağıma inanıram. Ötən həftə yerli çempionatın oyunlarını izlədim. Buna görə də ilkin məlumatlara sahibəm".
Yurçeviçin yığmamızda debütü AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Xorvatiyaya qarşı oyun olacaq. Xorvatiyalı mütəxəssis ölkəsinin komandasına qarşı keçiriləcək görüş barədə bunları deyib:
"Keçmiş xatirələrə sarılmaq mənim üçün inanılmaz bir şeydir. "Maksimir" stadionunda keçiriləcək görüşün bir parçası olduğum üçün xoşbəxtəm. İlk dəfər burda rəqib olmağım qeyri-adidir. Əlbəttə, burada rəqib olmağa alışmamışam, ancaq həyat belədir. Mən bu oyunu dörd gözlə gözləyirəm. Hamı gözəl başa düşür ki, bu oyunda Xorvatiya aşkar favoritdir. Ancaq bacardığımız qədər mübarizə aparacağıq".
Qeyd edək ki, millimiz AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya və Macarıstanla eyni qrupda yer alıb.
Oxşar xəbərlər
"Azərbaycanın Xorvatiyanı büdrədəcəyini düşünmürəm" - Robert Prosineçki
"Azərbaycanlılar reallıqla yaşayan insanlardı və bilirlər ki, bu komanda ilə böyük hədəflərə doğru getmək mümkün deyil."
"Xorvatiya Azərbaycana qalib gəlməlidi"
Azərbaycan millisinə 23 futbolçu çağırılacaq
"Ən münasib rəqib Azərbaycandı" - Marko Rossi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası