reklam
İki azərbaycanlı ömürlük hakimlikdən uzaqlaşdırıldı
Sportfm.az xəbər saytı

İki azərbaycanlı ömürlük hakimlikdən uzaqlaşdırıldı


Beynəlxalq Tennis Federasiyası (İTF) 2 azərbaycanlı hakimi cəzalandırıb. Sportfm.az xəbər verir ki, İTF vəzifəsindən sui-istifadə etdiyi üçün Şirzad Həsənov və Arxip Molotyaqini ömürlük hakimlikdən uzaqlaşdırıb. İTF bir sıra araşdırmalar apardıqdan sonra onlarla bağlı belə sərt qərar verməyi məqsədəuyğun sayıb. Buna təmsilçilərimizin "Fyuçers” seriyalı turnirlərdəki hərəkətləri səbəb olub.
 
Hakimlərimiz təxminən bir il əvvəl İsraildə keçirilən turnir zamanı bir sıra fırıldaqlara əl atıblar. Oyunun gedişində hesabı internetə canlı ötürən ədalət təmsilçiləri dəfələrlə bu addımı yubadıblar. Həsənov və Molotyaqinlə əlbir olan, matç zamanı tribunada əyləşən, həmçinin nəticədən xəbəri olan fırıldaqçılar bukmeker kontorlarında canlı pul qoyuluşu etməklə böyük məbləğdə paralar qazanıblar.
 
Hakimlərin dəfələrlə bu fırıldaqdan yararlandığı da bildirilir.
Sonradan verilən məlumata görə, uzaqlaşdırılan hakimlər azərbaycanlı yox, özbəkistanlı olub. 

Oxşar xəbərlər

Fəhmin Muradbəyli ömürlük futboldan uzaqlaşdırıldı - Qərar
Azərbaycanlı hakimlərin Antalya toplanışının vaxtı bilindi
İranlı məşqçi Bakıda azərbaycanlı hakimi döydü - CƏZA
VAR hakimi ömürlük hakimlikdən kənarlaşdırılacaq
Şahmatçı fırıldaqçılıq etdi, yarışdan uzaqlaşdırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər