Qazaxıstan klubunun futbolçusu millimizə dəvət aldı
Qazaxıstanın “Tobol” klubunun qapıçısı Emil Balayev Azərbaycan millisinə dəvət alıb.
Sportfm.az xəbər verir ki, yeni baş məşqçi Nikola Yurçeviç 24 yaşlı futbolçunu qarşıdakı iki oyun üçün yığmaya çağırıb. Bunadək ölkə xaricində çıxış edən hücumçular - Dmitri Nazarov (“Aue”, Almaniya), Rüfət Dadaşov “Proyssen” (Almaniya) və Ramil Şeydayevin (“Krılya Sovetov”, Rusiya) N.Yurçeviçin açıqlayacağı ilk heyətdə yer alacağı bilinirdi.
Yekun heyətin bu həftə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. N.Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Oxşar xəbərlər
Emil Balayev yenidən yığmamızda - Dəvət
Nikola Yurçeviç heyəti açıqladı - SİYAHI
Millimizin 2 oyun üçün heyəti müəyyənləşdi - SİYAHI
Ramil Şeydayev Bakıya gəlir
Yurçeviç Dadaşovu milliyə dəvət etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası