Firmino həsrətə son qoydu, komandası qələbə qazandı
İngiltərə Premyer Liqasının XXX turunda "Bernli"ni qəbul edən "Liverpul" hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanıb - 4:2.
Sportfm.az xəbər verir ki, görüş "qırmızılar"ın hücumçuları Roberto Firmino və Sadio Mane üçün düşərli olub.
19 və 67-ci dəqiqədə fərqlənərək dubla imza atan Firmino 6 oyunluq qol həsrətinə son qoyub. Braziliyalı buna qədər axırıncı dəfə yanvarın 19-da "Kristal Pelas"la matçda fərqlənmişdi.
29 və 90+3-cü dəqiqədə toru silkələyən Mane isə ardıcıl 6-cı ev oyununda rəqibi mərkəzə dəvət etməyi bacarıb. Mane "Liverpul"un heyətində bunu bacaran 5-ci oyunçu kimi tarixə düşüb. Ona qədər Maykl Ouen, Fernando Torres, Luis Suares və Məhəmməd Salah eyni göstəriciyə imza atmışdı.
Oxşar xəbərlər
Mançesterliləri biabır etdilər - Premyer Liqa
Salah “Liverpul”un yeni rekordçusu oldu
"Liverpul" zəfər yürüşünü davam etdirir
"Liverpul" "Mançester Siti"nin məğlubiyyətsizlik seriyasına son qoydu
“Mançester Siti”, “Arsenal” və “Liverpul” qələbə qazandılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası