Qurbanovla görüşdü, millinin hazırlıq planını açıqladı
Azərbaycan millisinin hazırlıq planı açıqlanıb.
Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.
Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq.
Həmin gün nahardan sonra Zaqrebə yollanacaq milli Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell
Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.
Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq. N.Yurçeviç “Qarabağ” və "Neftçi” klublarının bazasında olub.
Millinin baş məşqçisi hər iki komandanın baş məşqçisi – Qurban Qurbanov və Roberto Bordinlə görüşüb.
Görüş zamanı milli komandaya dəvət olunacaq və namizəd hesab edilən futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
“Sabah”ın yay hazırlıq planı
Millimiz üç yoxlama oyunu keçirəcək
Millinin heyətində dəyişiklik edildi
Yığmamızın hazırlıq planı açıqlandı
“Qarabağ”ın Çempionlar Liqasına hazırlıq planı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
FİFA referimizə UEFA-dan təyinat
-
Tennisçilərimiz Latviyaya yollandı
-
MOİK-dən inamlı qələbə - I Liqa















Misli Premyer Liqası