“Qarabağ”ın Çempionlar Liqasına hazırlıq planı müəyyənləşdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” klubunun yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyunun 13-də Bakıda bir araya gələcək. Paytaxtda bir həftə hazırlıq keçəcək ağdamlılar ayın 20-də Avstriyaya yollanacaq.
Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq “Qarabağ”ın orada hansı müddətdə toplanışda olacağı Çempionlar Liqasının püşkünün nəticəsindən asılı olacaq. Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə, komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.
Qeyd edə ki, “Qarabağ” son illər yay toplanışını Kössendə keçir.
Oxşar xəbərlər
"Qarabağ"ın yay hazırlıq planı bəlli oldu
"Zirə"nin rəqibləri məlum oldu
"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi
Ağdamlılar Avstriyaya yollanır - FOTO
"Qarabağ"ın rəqibləri bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Liqaların püşkü atılacaq - Tarix açıqlandı
-
“Qarabağ”dan ayrılan oyunçu Belçika klubunda
-
“Qarabağ”ın yeni rəsmi tərəfdaşı oldu - FOTO
-
Azərbaycan klubunun baş məşqçisi 9 ildən sonra postunu tərk etdi
-
"Turan" Türkiyə klubu ilə bərabərə qaldı - Yoxlama görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası