Gürcüstan yığmasının üzvü Azərbaycan yığmasının üzvünü müalicə etdirir -FOTO
Gürcüstan milli komandasının yarımmüdafiəçisi Jano Ananidze Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığmasının və Kutaisinin "Martve" klubunun futbolçusu Nino Qurgenidzenin müalicəsini maliyyələşdirib.
Sportfm.az saytı report-a istinadən bildirir ki, gürcü oyunçu qız həmkarının xaricdə bahalı müalicəsi üçün tələb olunan məbləği köçürüb.
O, təcili pul toplanmasına dair elanı eşidən kimi bu addımı atıb. Həmyerliləri sosial şəbəkələrdə Ananidzeyə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Jano Ananidze müqavilə üzrə Rusiya "Spartak"ına məxsus olsa da, icarə əsasında "Krılya Sovetov"da çıxış edir. O, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev və əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədovun komanda yoldaşıdır. Nino Qurgenidze isə 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alır.
Oxşar xəbərlər
Millimizin futbolçusu 20 yaşında vəfat etdi - FOTO
Jano Ananidze Azərbaycana gəlir? - Transfer
Azərbaycanlı futbolçu "Spartak"dan ayrılacaq
Səmədov rəsmən Samara klubunda - FOTO
Quliyev Rusiya yığmasına çağırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası