Jano Ananidze Azərbaycana gəlir? -Transfer
Kiprin "Anortosis" klubunda çıxış edən Jano Ananidze karyerasını Gürcüstan və ya Azərbaycanda davam etdirə bilər.
Sportfm.az xəbər verir ki, Azərbaycan Premyer Liqa təmsilçilərindən biri 27 yaşlı yarımmüdafiəçinin agenti ilə əlaqə qurub. Ancaq gürcü futbolçunun vətəninə dönmək istədiyi bildirilir.
Futbolçu açıqlamasında Gürcüstanın "Dinamo" klubundan təklif aldığını deyib: "Danışıqlar davam edir. Başqa açıqlama vermək istəmirəm".
Batumi klubunun prezidenti Arxil Beridze gürcü ulduzla danışıqlar apardıqlarını təsdiq edib:
"Müzakirələr davam edir. Ananidze mövsümün sonunda sərbəst qalacaq və bu səbəbdən transferi mümkün görünür. 6 ay deyil, uzunmüddətli müqavilə bağlamaq istəyirik".
Peşəkar karyerasına Moskva "Spartak"ında başlayan futbolçu "Rostov" və "Krılya Sovetov"da da çıxış edib. Gürcüstan millisinin üzvü bu ilin yanvarında "Spartak"dan ayrılıb, "Anartosis"ə keçmişdi.
Oxşar xəbərlər
Portuqaliya klubunun futbolçusu Azərbaycana gəlir
Azərbaycanlı futbolçunun başqa kluba keçidinə icazə verilmədi
Azərbaycanlı futbolçu "Spartak"dan ayrılacaq
"Azərbaycan klubundan aldığım təklifi düşünürəm" - Rusiya millisinin üzvü
Gürcüstan yığmasının üzvü Azərbaycan yığmasının üzvünü müalicə etdirir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası