Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Parataekvondoçularımızdan daha iki medal
Türkiyənin Antalya şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatının son günündə Azərbaycan idmançıları daha iki medal qazanıblar.
Sportfm.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Elimxan Manafov (K42) bürünc medala sahib olub. Eyni çəkidə yarışan komandanın kapitanı Nicat Müslümov (K42) isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, ilk yarış günündə Röyalə Fətəliyeva (49 kq) da bürünc medal qazanıb. Beləliklə, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələri dünya çempionatından 1 gümüş və 2bürünc medalla dönür.
Oxşar xəbərlər
3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Cüdoçularımızdan Avropa kubokunda 4 medal
Cüdoçularımızdan 5 medal - Açıq Avropa turniri
Parataekvondoçularımız beynəlxalq reytinq turnirində beş medal qazandı - FOTO
Azərbaycan millisi Serbiya turnirini 5 medalla başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası