reklam
Millimiz Bolqarıstandan iki medal gətirdi
Sportfm.az xəbər saytı

Millimiz Bolqarıstandan iki medal gətirdi


Bolqarıstanın Plovdiv şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, sayca 7-ci olan qitə çempionatında 5 idmançı ilə təmsil olunan milli komandamızın iki üzvü fəxri kürsüdə yer alıb.

Belə ki, K44 +58 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Aynur Məmmədova yarışın qızıl medalını qazanıb. Nicat Müslümov ( K-43 -75 kq) isə yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub. Digər 3 təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Adışirinov yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb.

Xatırladaq ki, Plovdiv şəhərinin "Kolodruma" idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur.

Millimiz sabah vətənə dönəcək.

Oxşar xəbərlər

2 idmançımız Avropa Çempionatında bürünc qazandı
Taekvondoçularımızdan iki medal - Avropa birinciliyi
Parataekvondoçularımız beynəlxalq reytinq turnirində beş medal qazandı - FOTO
Millimizin üzvləri Rusiyada medal qazandı - FOTO
Plovdivdən iki medalla

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər