"ShamkirChess" superturnirinin başlama vaxtı müəyyənləşdi
“Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturniri bu il də keçiriləcək. İlk tur martın 31-də nəzərdə tutulub”.
Sportfm.az xəbər verir ki, bunu “Microsoft Azerbaijan” şirkətinin baş direktoru və mərhum şahmatçı Vüqar Həşimovun qardaşı Sərxan Həşimov deyib.
S.Həşimovun sözlərinə görə, yarışda məşhur şahmatçılar iştirak edəcəklər: “ShamkirChess" dünyanın ən güclü yarışlarından biri olacaq. Superturnirə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi yerli qrossmeysterlərdən əlavə, digər güclü şahmatçılar da qatılacaqlar. Təşkilatçılar turnirə çox yaxşı hazırlaşıblar. Növbəti uğurlu turnirimizin başlanmasına hazırıq”.
Qeyd edək ki, "ShamkirChess" 2014-cü ildən keçirilir. Əvvəlki 5 superturnirdən 3-də qalib adını dünya çempionu Maqnus Karlsen, qalan 2-də Şəhriyar Məmmədyarov qazanıb.
Oxşar xəbərlər
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
İki azərbaycanlı üz-üzə
Şəmkirdə çempion olan 100 min avro qazanacaq
"ShamkirChess 2018"in iştirakçıları yeniyetmə şahmatçılar görüşdü - FOTOLAR
Rusiyalı şahmatçı Vüqar Həşimovun xatirə turnirinə qatılmaqdan imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası