reklam
Riqa “Grand Swiss-2021” turnirinə ev sahibliyi edəcək -
Sportfm.az xəbər saytı

Riqa “Grand Swiss-2021” turnirinə ev sahibliyi edəcək -FIDE


Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişilər və qadınlar arasında keçiriləcək “Grand Swiss-2021”in məkanın dəyişdirilməsi ilə bağlı yekun qərar verib.

Sportfm.az xəbər verir ki, ənənəvi olaraq Böyük Britaniyaya məxsus olan Men adasında keçirilən turnir oradakı sanitar-epidemioloji durumla əlaqədar olaraq Latviyanın paytaxtı Riqa şəhərinə keçirilib. Beləliklə, 2022-ci ildə keçiriləcək və iddiaçılar turnirinə həm kişilərin, həm də qadınların yarışına iki vəsiqə verən “Grand Swiss-2021” şahmat yarışı bu il oktyabrın 25-də Riqada start götürəcək. Bundan əlavə, olaraq FIDE turnirlərdə iştirak edəcək şahmatçıların ilkin siyahısını da açıqlayıb.

On bir turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək turnirdə kişilər arasında 114, qadınların yarışında isə 50 şahmatçı mübarizə aparacaq. Kişilərin yarışında şahmatçılarımızdan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Qədir Hüseynov və Rauf Məmmədov mübarizə aparacaqlar. Qadınların mübarizəsində isə Günay Məmmədzadə gücünü sınayacaq.

Turnir noyabrın 8-dək davam edəcək.

Oxşar xəbərlər

Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər - SİYAHI
Süleymanlı xorvata uduzdu - “Grand Swiss”
“FIDE Grand Swiss 2019”-un oyunları keçiriləcək
Şahmatçılarımız “FIDE Grand Swiss 2019”-da mübarizə aparacaqlar
“Grand Swiss 2019” turnirinin keçiriləcəyi tarix açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər