Oyun qadın hakimə görə yayımlanmadı -FOTO
Futbol üzrə Almaniya çempionatının 22-ci turu çərçivəsində "Bavariya" və "Auqsburq"komandaları arasında keçirilən matç İran telekanallarında nümayiş etdirilməyib.
Sportfm.az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" bildirib.
Məlumata görə, matçın yayımı qarşılaşmanı qadın hakimin idarə etməsi səbəbindən ləğv olunub. Oyunu Bibiana Ştaynhaus idarə edib.
Bildirilir ki, İran telekanallarında qadını "şortik"də göstərmək qadağandır.
Qeyd edək ki, Bibiana Ştayhnaus Almaniyanın futbol çempionatı tarixində ilk qadın hakimdir. O, 2017-ci ildən Bundesliqa matçlarını idarə edir.
Daha əvvəl bildirilib ki, Bibiana Ştaynhaus futbol üzrə Almaniya çempionatının ali divizionu çərçivəsində matçı baş hakim kimi idarə edən ilk qadın olub.
Oxşar xəbərlər
Afrikalı hakim tarix yazdı - Bir ilk
Niderland - Latviya oyunu qadın hakimə tapşırıldı - DÇ-2022
Superkubok matçını qadın hakim idarə edəcək - UEFA-dan şok təyinat
2 mundialdakı ilk türk - FOTO
"Onsuzda kişi hakimlər xeyli səhvlərə yol verir" - Almaniya yığmasının üzvündən açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu komandalara texniki məğlubiyyət verildi
-
Yığmamız 5-ci səbətdə yer alacaq - AÇ-2028
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku















Misli Premyer Liqası