reklam
Mertens Qətərdə birinci oldu -
Sportfm.az xəbər saytı

Mertens Qətərdə birinci oldu -FOTO


Qətərin paytaxtı Doha şəhərində qadın tennisçilərin iştirakı ilə keçirilən "Qatar Total Open" turnirinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, final görüşündə Simona Halep Eliza Mertenslə qarşılaşıb. İlk setdə rumıniyalı raketka ustası üstün olub. Halep ikinci setə breyk sayəsində 2:0 öndə başlasa da, Mertens geri dönüş edə bilib. Belçikalı tennisçi ikinci seti 6:4, üçüncü seti is 6:3 hesabı ilə aktivinə yazdıraraq 2 saat 6 dəqiqə davam edən oyundan qalib ayrılıb və çempion adını qazanıb.

Qatar Total Open (Qadınlar)

Final

Simona Halep (Rumıniya) - Eliza Mertens (Belçika) - 1:2 (6:3, 4:6, 3:6)

Oxşar xəbərlər

Ən çox qazanan qadın idmançılar - SİYAHI
Nadal və Serenanın rəqibləri müəyyənləşdi
"Rolan Qarros": Qadınlarda çempion müəyyənləşdi
İki qadın, tennis topu və raketka - "Australian Open"
Ən yaxşı oldu, üzük hədiyyə edildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər