reklam
Nadal və Serenanın rəqibləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Nadal və Serenanın rəqibləri müəyyənləşdi


Tennisdə mövsümün üçüncü "Böyük dəbilqə" turniri "Uimbldon"un startına üç gün qalır.

Sportfm.az xəbər verir ki, artıq püşkatma mərasimi baş tutub.

Kişilərdə turnirin son çempionu Rocer Federer ilk turda Duşan Layoviçlə qarşılaşıb. Dünya bir nömrəsi Rafael Nadalın ilk rəqibi Dudi Sela olacaq. Novak Cokoviç isə Tennis Sandqrenlə münasibətlərinə aydınlıq gətirəcək.

Qadınlarda birinci turda WTA reytinqinin lideri Simona Halep Kurumi Nara, "Australian Open"in qalibi Karolin Voznyaçki Varvara Lepçenko, Serena Uilyams isə Aranta Rus ilə qarşılaşacaq.

Qeyd edək ki, "Uimbldon" turniri 2-15 iyul tarixlərində keçiriləcək.

Oxşar xəbərlər

Rafael Danildən güclü oldu - Australian Open
“Australian Open-2019” turnirinin final oyunu keçiriləcək
Rafael Nadal yarımfinala vəsiqə qazandı
"Uimbldon": Cokoviç 4-cü dəfə zirvədə
"Rolan Qarros": Qadınlarda çempion müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər