Venger, Lobanovski, Luçesku və digərləri -ÇL-ı qazana bilməyən ən yaxşı baş məşqçilərin siyahısı
Böyük Britaniyanın “FourFourTwo” jurnalı Çempionlar Liqasını (ÇL) qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqini açıqlayıb.
Sportfm.az xəbər verir ki, siyahıya “Atletiko”nun baş məşqçisi Dieqo Simeone başçılıq edir.
Argentinalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv iki dəfə finalda “Real Madrid”ə uduzub.
“Top-12”də fransalı Arsen Venger, ukraynalı Valeri Lobanovski, italiyalı Antonio Konte, almaniyalı Yurgen Klopp və rumıniyalı Mirça Luçesku kimi tanınmış məşqçilər yer alıb.
1. Dieqo Simeone (“Atletiko”)
2. Arsen Venger (“Monako”, “Arsenal”)
3. Valeri Lobanovski (Kiyev “Dinamo”su)
4. Yurgen Klopp (Dortmund “Borussiya”sı, “Liverpul”)
5. Bobbi Robson (“Nyukasl”, “Portu”)
6. Massimiliano Alleqri (“Milan”, “Yuventus”)
7. Mirça Luçesku (“Qalatasaray”, “Şaxtyor”, “İnter”, “Beşiktaş”, “Rapid”)
8. Kenni Dalqliş (“Nyukasl”)
9. Otto Rehagel (“Verder”, “Kayzerslautern”)
10. Didye Deşam (“Monako”, “Marsel”)
11. Uani Emeri (Moskva “Spartak”ı, “Valensiya”, “Sevilya”, PSJ)
12. Antonio Konte (“Yuventus”, “Çelsi”)
Siyahıda baş məşqçilərin ÇL-də oyuna çıxardığı komandaların adları qeyd olunub.
Qitənin ən nüfuzlu turnirini hamıdan çox - 3 dəfə qazanan 3 məşqçi var. Bunlar ingiltərəli Bob Peysli, italiyalı Karlo Ançelotti və fransalı Zinəddin Zidandı.
Oxşar xəbərlər
2021-ci ilin ən yaxşı məşqçisi - Xosep Qvardiola
Dünyanın ən yaxşı 5 məşqçisi - SİYAHI
Premyer Liqanın ən reytinqli məşqçiləri - SİYAHI
Almaniyalı İngiltərənin ən yaxşısıdır
Fatih Terim ən yaxşılar arasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin