reklam
Telefondan istifadə etdi, məhkəməlik oldu
Sportfm.az xəbər saytı

Telefondan istifadə etdi, məhkəməlik oldu


İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem martın16-da hakim qarşısına çıxacaq.

Sportfm.az xəbər verir ki, məşhur futbolçu avtomobilin sükanı arxasında telefonla danışdığı üçün məsuliyyətə çəlb olunub. Sabiq yarımmüdafiəçi ötən ilin noyabr ayında Londonda idarə etdiyi Bentley-in sükanı arxasında telefondan istifadə edib. Yoldan keçənlərdən biri bunu polisə bildirib.

İngiltərədə avtomobili idarə edərkən telefonla danışmaq qəti qadağandır. Hələlik Bekhama ittiham irəli sürülməyib. Lakin epizodla bağlı məhkəmə prosesi barədə məlumatlandırılıb.

Keçmiş futbolçunun günahı təsdiqlənərsə, 12 ballıq şkala üzrə 6 bal cərimə yazılacaq. Analoji hadisə təkrarlanarsa, Bekham 3 il müddətinə sürücülük vəsiqəsindən məhrum olacaq.

Oxşar xəbərlər

Millimizin futbolçusu məhkəmə qarşısına çıxacaq - 3 il həbsi gözlənilir
Bekhem məhkəmə qarşısına çıxarılacaq
“Liverpul” Salahı polisə təslim etdi!
Oyun zamanı telefonla danışdı, klubu tərəfindən cəzalandırıldı
Yığmanın həkimi 60 il həbs cəzası aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər