"Neftçi" yeni sponsorla müqavilə bağladı - FOTO
"Neftçi" yeni sponsorla müqavilə imzaladı.
Sportfm.az xəbər verir ki, paytaxt klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. Flaqman Meqa Sığorta şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalanıb. Bakcell Arenada keçirilən tədbirdə klubun prezidenti Kamran Quliyev, şirkət rəsmiləri, "Neftçi"nin baş məşqçisi Roberto Bordin, komandanın üzvlərindən Emin Mahmudov və Ruslan Abışov iştirak edib. Klub prezidenti öz çıxışında tərəfdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib. Quliyev qeyd edib ki, gələcəkdə kluba yeni sponsorların cəlb edilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
Tədbirin sonunda Meqa Sığortanın loqosunun həkk olunduğu "Neftçi" forması ilə xatirə şəkli çəkdirilib. Mərasimdə ad gününü qeyd edən Roberto Bordin şirkətin loqosu həkk olunan ilk forma da hədiyyə edilib.
Sonra rəsmilər jurnalistlərin suallarını cavablandırıb.
- Sığorta şirkəti gələcəkdə azarkeşlər üçün də hansısa yeniliklər fikirləşə bilərmi?
- Belə bir şey düşünə bilərik.
- Niyə məhz "Neftçi"?
- Bu klubla eyni istiqamətdə addımlamaq bizim üçün qürurdur.
- Müqavilənin maddi tərəflərini açıqlaya bilərsiniz?
- Xeyr. Gəlin ənənəyə sadiq qalaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |