reklam
Yığmanın üzvləri oyun barədə danışdı
Sportfm.az xəbər saytı

Yığmanın üzvləri oyun barədə danışdı


Sportfm.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri İspaniya yığması ilə oyunla bağlı fikirlərini bildiriblər.
Kamran Quliyev: “Avropa çempionlarına qarşı əlimizdən gələnin artığını etməyə çalışdıq. 0:2 hesabı ilə uduzmağımıza baxmayaraq, komanda olaraq rəqibə layiqli müqavimət göstərdik. Avropa çempionatının elit-raund mərhələsində uğur qazanmaq üçün bu cür güclü rəqiblərlə qarşılaşmalıyıq. Penalti epizoduna gəlincə, futbolda bu cür hallar olur. Hər bir futbolçunun başına gələ bilər. Əlbəttə, penaltini qola çevirsəydim komanda yoldalarımda qələbəyə olan inam artacaqdı. Qismət  deyilmiş”.
Turan Vəlizadə: “Yaxşı təşkilanmış kollektivə qarşı mübarizə apardıq. İlk 10 dəqiqədə İspaniya yaxşı oynasa da, sonradan təşəbbüsü ələ almağı bacardıq. Fasiləyədək oyuna nəzarət edən tərəf biz idik. Oyunumuzda yeganı çatışmayan qol idi. Bu cür oynasaq, elit-raundda uğurlu nəticə qazana bilərik. Belə sürətli oyunlar komandanın inkişafına daha çox təkan verir. Kollektiv olaraq çox yaxşı futbol oynadığımızı düşünürəm”.
İbrahim Hüseynov: “Dünyanın aparıcı klublarının üzvlərindən təşkil olunmuş komandaya qarşı oynadıq. Onlara qarşı oynamaq bizim üçün böyük bir təcrübə oldu. Oyuna yaxşı başlamasaq da, sonradan toparlanmağı bacardıq. Penaltini dəqiq yerinə yetirsəydik fasiləyə üstün yollana bilərdik. İkinci hissədə rəqib bir neçə əvəzetmə edərək oyunda dönüş yarada bildi. Nəticədə yorğunluğumuzdan istifadə edib iki qol vurmağı bacardılar”.
 

Oxşar xəbərlər

"Azarkeşlərimizin dəstəyinə çox ehtiyacımız olacaq" - Fərid Nəbiyev
"Almaniyadan daha çox qaçdıq" - Vüqar Məmməd
Milan Obradoviç: "Yaxşı istirahət etməli..."
Vüqar Məmməd: "Rəqibimizdən üstün oynadıq"
Millimizin üzvü: "Tipik ingilis futbolu oynayırlar"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər