reklam
Sportfm.az xəbər saytı

""Qarabağ"a zaman lazımdır, bu zaman isə yoxdur" -TPL oyunlarının analizi - Mütəxəssis


Topaz Premyer Liqasında 16-cı turun görüşləri arxada qaldı. Çempionatın lideri "Neftçi" və ikinci sırada yer alan "Qarabağ" son turda növbəti qələbələrini rəsmiləşdirərək, çempionluq yarışını davam etdirir. Bu gündən etibarən Sportfm.az saytında hər turdan sonra Azərbaycan çempionatının oyunları müzakirə olunacaq. Vaxtilə millimizdə çıxış etmiş, "Bakı" və "İnter" kimi klubların şərəfini qorumuş müdafiəçi Samir Əbdürrəhmanov futbolsevərlər üçün TPL-in qarşılaşmalarını ayrı-ayrılıqda analiz edəcək. Başlayırıq.

"Səbail" - "Zirə" 0:2 

"Açığı, Aftandil Hacıyevin yetirmələrinin məğlub olacağını gözləmirdim. Onların qol vurmaq üçün şansları da oldu. Fərqlənə bilmədilər, rəqib isə bunu etdi. Samir Abasovun yetirmlərinə gəldikcə isə görünür ki, "Zirə" bu matça son döyüş kimi yanaşıb. Düzdür, son dəqiqələrdə "Səbail" qol vurdu, hakim bunu ofsayt olduğu üçün qeydə almadı. Və əks-hücumda "Zirə" rəqibini cəzalandırdı. Bu qələbəyə "Zirə"nin çox ehtiyacı vardı. Bu qəsəbə komandası üçün bir çıxış ola bilər". 

"Neftçi" - "Keşlə" 2:0

"Flaqmanın uğurlu çıxışı çoxları kimi məni də sevindirir. Azərbaycan futbolunun "Neftçi"yə ehtiyacı var. Bunu hər kəs bilir. Komandanın oyununa gəldikdə isə onu deməliyəm ki, Roberto Bordinin yetirmələri oyundan-oyuna artırır. Komandanın transfer etdiyi legionerlər də oyunlarda özlərini yaxşı tərəfdən göstərir. Hiss olunur ki, bu klub ancaq çempionluğa köklənib. Tərlan Əhmədovun rəhbərlik etdiyi komandaya gəlincə isə "Keşlə"yə bir qələbə lazımdı. Məhz həmin qələbə çatışmır. Əhmədovun kluba mövsümün gedişində qoşulması da öz sözünü deyir. İnanıram ki, tezliklə "Keşlə" özünə gələcək". 

"Sumqayıt" - "Qarabağ" 0:2

"Ayxan Abbasovun komandası həmişəki oyununu nümayiş etdirdi. Hazırda "Sumqayıt"ın gücü "Qarabağ"a çatmır. Bunu sezmək çox asandı. Bu komandanın sondan üçüncü sırada yer alması da, ondan xəbər verir. Son çempiona gəlincə, "Qarabağ"ın legionerləri hələ ki, matçlarda öz ağırlığını qoya bilmir. Elə götürək Reynaldonu - braziliyalının əvvəlki formasından xeyli uzaq düşdüyü açıq-aşkar görünür. "Qarabağ"a zaman lazımdır, bu zaman isə yoxdur". 

"Sabah" - "Qəbələ" 0:1

"Debütantın səs-küylü transferləri bu görüşdə özünü göstərə bilmədi. Hiss olunur ki, komanda olmaq üçün zamana ehtiyac var. İddialı komanda olmaq üçün isə lap çox vaxt lazımdır. "Qəbələ"nin yavaş-yavaş özünə gəlməsi məni sevindirir. Sənan Qurbanova şans verən rəhbərlik bunun bəhrəsini görür. İrəlidəki matçlarda daha yaxşı "Qəbələ" görəcəyik". 

 

Oxşar xəbərlər

Premyer Liqanın II turu rəqəmlərin gözü ilə
Premyer Liqanın XXIII turu rəqəmlərin gözü ilə
""Qarabağ"ın xal itirdiyini bilirdilər və bu onlarda sanki ikinci nəfəs yaratmışdı" - Mütəxəssis rəyi
XVIII tur rəqəmlərin gözü ilə
Topaz Premyer Liqası: 11-ci tura tarixi səyahət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər