Millimizin əvəzinə Kolumbiya yığmasına getdi
Futbol üzrə İran yığmasının sabiq baş məşqçisi Karluş Keyruş Kolumbiya milli komandasının sükanı arxasına keçib.
Sportfm.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin təqdimat mərasimi bu gün olacaq. O, 2018-ci ilin sentyabrında istefa vermiş argentinalı Xose Pekermanı əvəzləyib. Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının 1/4 finalında Kolumbiya millisi İngiltərəyə penaltilər seriyasında uduzub.
Həmin mundialda Keyruş qrupdan çıxa bilməyən İran yığmasının baş məşqçisi olub. Əvəzində 66 yaşlı mütəxəssis bu komanda ilə Asiya Kubokunda yarımfinaladək irəliləyib. Daha sonra o, İran Futbol Federasiyasının yeni müqavilə təklifini müsbət cavablandırmayıb.
Qeyd edək ki, Karluş Keyruş bu yaxınlarda Azərbaycan millisinin baş məşqçi postunda çalışmağa razılıq verməyib. O, İran yığmasına 2011-ci ildən rəhbərlik edirdi.
Oxşar xəbərlər
Keyruş Qətərdə - Təyinat
İran millisi baş məşqçisiz qaldı - İstefa
İran millisinin yeni baş məşqçisi müəyyənləşdi
Keyruş iranlılardan FİFA-ya şikayət etdi
"Artıq sona gəldik. Köməkçilərimlə birgə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq" - Baş məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası