reklam
Sportfm.az xəbər saytı

"Artıq sona gəldik. Köməkçilərimlə birgə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq" -Baş məşqçi


Portuqaliyalı məşqçi Karluş Keyroş İran yığmasının baş məşqçisi postundan istefa verib.

Sportfm.az xəbər verir ki, 65 yaşlı mütəxəssis bu qərarını Asiya Kubokunun yarımfinalında Yaponiyaya 0:3 hesablı məğlubiyyətdən sonra açıqlayıb. Bu barədə İran Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Keyruş İran yığmasından gedişini belə şərh edib: "Artıq sona gəldik. Köməkçilərimlə birgə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. İllərdi sərgilədikləri performans və mənə verdikləri dəstəyə görə oyunçuların hər birinə minnətdarlığımı bildiriəm. İranlı azarkeşlərə də dəstəklərinə görə təşəkkür edirəm. 8 il bu möhtəşəm insanlarla bir yerdə çalışmaq qürurverici idi".

Vaxtilə Madrid "Real"ı, Lissabon "Sportinq"i kimi klubları, həmçinin Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Koreya yığmalarını çalışdırmış Keyruş, İran yığmasında 2011-ci ildən işləyirdi.

Portuqaliyalı məşqçinin bundan sonra Kolumbiya yığmasını çalışdıracağı iddia olunur.

Oxşar xəbərlər

Keyruş Qətərdə - Təyinat
İran yığması başsız qaldı - İSTEFA
İran millisi baş məşqçisiz qaldı - İstefa
Keyruş iranlılardan FİFA-ya şikayət etdi
Millimizin əvəzinə Kolumbiya yığmasına getdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər