reklam
Tofiq Bəhramov adına Respublika Stadionunda çempionluq mübarizəsi
Sportfm.az xəbər saytı

Tofiq Bəhramov adına Respublika Stadionunda çempionluq mübarizəsi


Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq. Matc.az saytının məlumatına görə, iki görüş keçiriləcək.

Sportfm.az xəbər verir ki, turun ikinci günü Qəbələdə başlayacaq. Paytaxtdan kənarda keçiriləcək yeganə oyunda eyniadlı komanda “Sumqayıt”ı sınağa çəkəcək. Turnir cədvəlindəki qonşuların oyununda qonaqlar xal fərqini azaltmaq, Sənan Qurbanovun yetirmələri isə 1 pillə irəliləmək, “üçlüy”ə yaxınlaşmaq niyyətindədi.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Təkcə turun deyil, III dövrənin mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Çempionatın liderləri, həmçinin ölkənin iki ən titullu klubu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Ağdam təmsilçisi qalib gəlsə, liderliyə şərik olacaq.

Qurban Qurbanovun yetirmələri bərabərliklə də intriqanın yüksək həddə qalmasını təmin edəcək. “Ağ-qaralar”ın qələbəsi isə paytaxt təmsilçisinə qızıl medal mübarizəsində böyük üstünlük bəxş edəcək. Çünki Roberto Bordinin yetirmələri üstünlüyünü 6 xala çatdıracaq və şəxsi oyunlarda öndə qərarlaşmağı təmin edəcək.

Premyer Liqa. XV tur

3 fevral

14:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Şaiq Həmidov

Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu

Neftçi

14

10

3

1

26-10

33

Qarabağ

14

9

3

2

32-14

30

Səbail

15

7

3

5

19-14

24

Sabah

15

6

2

7

14-20

20

Qəbələ

14

4

5

5

17-18

17

Sumqayıt

14

4

3

7

13-20

15

Keşlə

15

3

3

9

16-27

12

Zirə

15

2

4

9

12-27

10

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ") - 7 qol

Oxşar xəbərlər

"Neftçi" xal fərqini qorudu
Premyer Liqada 15-ci turun təyinatları açıqlandı
Premyer Liqada 15-ci turun təyinatları açıqlandı
Azərbaycan Premyer Liqasında XII tura start veriləcək
Azərbaycan Premyer Liqasında X tura start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər