reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" toplanışa qələbə ilə yekun vurdu


Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün iki yoxlama oyunu keçirməli idi.

Sportfm.az xəbər verir ki, Ayxan Abbasovun komandası əvvəlcə Almaniya Regional Liqası təmsilçisi "Optik", daha sonra isə Serbiya təmsilçisi "Zemun"la qarşılaşmalı idi.

İlk qarşılaşma əlverişsiz hava şəraiti ilə bağlı yarımçıq dayandırılıb. Komandalar ilk hissədən sonra matçı davam etdirməyəyə qərar veriblər. 45 dəqiqəlik görüşdə "Sumqayıt" 0:1 hesabı ilə uduzub.

İkinci oyun isə "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisinin heyətində qolları 24-cü dəqiqədə Yusif Nəbiyev və 63-cü dəqiqədə Ülvi İsgəndərov vurublar.

Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində "Jetısu" (Qazaxıstan) ilə bərabərə qalıb (1:1), "Vardar" (Makedoniya) üzərində qələbə (3:1) qazanıb. Yanvarın 19-na "Çelik"lə oyun nəzərdə tutulsa da, Bosniya və Herseqovina klubu son anda meydana çıxmaqdan imtina etmişdi.

Oxşar xəbərlər

"Sumqayıt" 2 : 1 "Zemun" - VİDEO
"Sumqayıt" Almaniya komandası ilə qarşılaşacaq
"Sumqayıt"ın oyunu ləğv edildi
"Sumqayıt" - "Çelik" oyununun vaxtı açıqlandı
"Sumqayıt" Qazaxıstan klubu ilə heç-heçə etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər