reklam
Yığmanın heyətində dəyişiklik baş verdi
Sportfm.az xəbər saytı

Yığmanın heyətində dəyişiklik baş verdi


Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. 

Sportfm.az xəbər verir ki, “Neftçi”də dəvət edilən qapıçı Kamran İbrahimov hazırlıq prosesində iştirak etməyəcək. Aqil Məmmədov zədələndiyinə görə “ağ-qaralar”ın rəhbərliyi millinin baş məşqçisindən İbrahimovun toplanışdan azad edilməsini xahiş edib. 

Qeyd edək ki, U-21 toplanış çərçivəsində yanvarın 24-də, Bakı vaxtı ilə saat 12:00-da (Türkiyə vaxtı ilə 11:00-da) “Spartak-2” komandası ilə yoxlama oyunu keçirəcək. 

Oxşar xəbərlər

Millimizin heyətində dəyişiklik oldu
"Qəbələ" futbolçusunu millidən geri çağırdı
Millinin heyətində dəyişiklik oldu
“Neftçi”nin oyunçusu millinin düşərgəsinə qoşuldu
AFFA "Neftçi"nin xahişini nəzərə aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər