AFFA üç millini ləğv etdi
AFFA milli komandalarla bağlı siyasətində dəyişiklik edib. Ötən ilin əvvəlində yaradılan 16, 18 və 20 yaşadək futbol yığmalarımız ləğv olunub.
Sportfm.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Şurasının sədri Vaqif Sadıqov açıqlamasında bu xəbəri faktiki olaraq təsdiqləyib:
"Bizə yalnız U-17 və U-21 yığmalarımıza məşqçilərin namizədliyinin müzakirəsi tapşırılıb. Bildiyiniz kimi, artıq U-21-ə serbiyalı Milan Obradoviç təyin olunub. U-19-un baş məşqçisi Vüqar Məmməddir. Yalnız U-17-nin baş məşqçisi postu boş qalıb".
Qeyd edək ki, əvvəl U-16 millimizi Azər Məmmədov, U-18-i Zaur Həşimov və U-20 yığmamızı Rəşad Sadıqov çalışdırıb. Bu üç milli komanda özündən bir üst yığma üçün futbolçu hazırlamaq üçün yaradılmışdı.
Oxşar xəbərlər
AFFA daha bir mənasız qərarını ləğv etdi
Yığmamızın baş məşqçisi postunu tərk etdi
Obradoviç yığmamızın baş məşqçisi təyin edildi
AFFA yığmamızın baş məşqçisi vəzifəsinə namizədin adını açıqladı - Milan Obradoviç
Rəşad Sadıqov iki yaş qrupu üzrə yığmanın baş məşqçisi təyin edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası